Bu gün Müstəqqili aşiqi Atatürkün anım günüdür

0

Bu gün müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Paşa Atatürkün əbədiyyətə qovuşduğu gündür. Sağlığında Türkiyənin atası kimi tarixə düşmüş Mustafa Kamal Paşa 10 noyabr 1938-ci ildə saat 09:05-də İstanbulda Dolmabaxça sarayında vəfat edib.

Türkiyənin insan haqqları, təhsil və bəşəri dəyərləri əsas tutan, proqressiv, milli dövlətə çevrilməsində Atatürkün müstəsna tarixi missiyası olub.

Bir millət, iki dövlət olduğumuz Türkiyə ilə Azərbaycanımızın prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərlikləri ilə dünyaya nümayiş etdirdikləri qardaşlıq və müttəfiqlik ibrətamizdir.

Böyük Atatürk sağlığında deyərdi: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”.
Allah rəhmət etsin!

Elnur ALLAHVERDİYEV
Millət Vəkili

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »