ATATÜRK: “Mənim bədənim bir gün torpaq olacaq, amma Türkiyə Cümhuriyyəti sonsuza qədər möhkəm dayanacaq”.

0

ATATÜRK: “Mənim bədənim bir gün torpaq olacaq, amma Türkiyə Cümhuriyyəti sonsuza qədər möhkəm dayanacaq”.

Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü vəfatının 83-cü ilində hörmət və ehtiramla yad edirik.

Tarix yazan Mustafa Kamal Atatürkün bəzi sözləri var ki, onları dönə-dönə oxumaq, dərs çıxarmaq lazımdır. Atatürkün bu gün də bizə yol göstərəcək kəlamları daim xatırlanacaq.
“Bizim cəsarətimizi gücləndirən və yaşadan gənclərdir. Siz aldığınız tərbiyə və müdrikliklə insanlığın və sivilizasiyanın, vətən sevgisinin və düşüncə azadlığının ən qiymətli simvolu olacaqsınız. Siz yetişməkdə olan yeni nəsilsiniz, siz gələcəksiniz. Cümhuriyyəti biz qurduq, onu yüksəldəcək, yaşadacaq da sizsiniz”.

“Milli hədəf müəyyən edilib. Ona çatmağın yollarını tapmaq çətin deyil. Önəmli olan o çətin yollarda çalışmaqdır. Demək olar ki, bizə heç nə lazım deyil. Bizə yalnız bir şey lazımdır: daim çalışqan olmaq. Əgər biz ictimai xəstəliklərimizi araşdırsaq, əsas etibarilə bundan daha vacib olan başqa bir xəstəlik aşkar edə bilmərik. Beləliklə, bizim ilk işimiz bu xəstəliyi əsaslı şəkildə müalicə etməkdir. İnsanları zəhmətkeş etməkdir. Sərvət və onun təbii nəticəsi olan rifah və xoşbəxtlik ancaq zəhmətkeşin haqqıdır”.
Atatürkün Türkiyənin azadlığı uğrunda apardığı mübarizə dünyanı heyran qoymuşdur. Bu mübarizə nəticəsində müasir, qüdrətli Türkiyə yaranıbdı.

Ruhu şad olsun.

Əlisahib HÜSÜYNOV
Milli Həmrəylik Partisaının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »