Yaxınlarınızın zəhərli olub olmadığını necə müəyyən etmək olar

0

Tətbiqi psixologiyada toksik xarakter əlamətlərinə “qaranlıq üçlük” – Özünə aşiqlik, ikiüzlülük və ruhi xəstələr prizmasından baxılır.

1. Özünə aşiq olanlar- mümkün qədər eqoistdirlər, belələri yalnız özlərinin şişirdilmiş vacibliyini hiss edirlər.
2. İkiüzlülər – çevik əl-qol oynadanlar və ətrafdakılardan öz mənfəətləri üçün istifadə edirlər.
3. Ruhi xəstələr – isə soyuqluq, qeyri-iradilik və risk etmək istəyi ilə ifadə olunur.

Bu tip zəhərli insanlardan bəziləri, davamlı olaraq öyünməkləri ilə öz yaxınlarını sonsuz olaraq əsəbiləşdirir. Belələri özümüzə hörmətimizi, xoşbəxtliyimizi və hətta psixi sağlamlığımızı təhlükə altına salır.

Zəhərli bir ailə üzvündən uzaq qalmaq çətin, hətta qeyri-mümkün ola bilər. Həyatınızı müntəzəm və səylə məhv edən, lakin nadir hallarda görünən bir dostunuzla münasibət qurduğunuzda, münasibətləri bitirmək adətən asan olmur.

Ancaq bir ailə dramına başlamaq istəmirsinizsə və ya sadəcə ünsiyyəti dayandıra bilmirsinizsə, hər şey daha da mürəkkəbləşir, çünki eyni dam altında yaşayırsınız. Bu vəziyyətdə iki taktika kömək edə bilər.
Zəhərli insanların əsas problemi onların sözləri və hərəkətlərinin başqalarına necə mənfi təsir etdiyini başa düşməmələridir. Və ya daha da pisi, onlar hər şeyi mükəmməl bilirlər, lakin davranışlarını dəyişdirmək niyyətində deyillər.

Məşhur bir məsəl var: Özünüzə rəva bilmədiyinizi, başqalarına rəva bilməyin”. Bunu unudaq və: “Başqalarının sizinlə davrandığı kimi davranın” məsəlini qəbul edək.

Zəhərli dostlarla ünsiyyəti necə dayandırmaq olar

Nəzərə almaq lazımdır ki, zəhərli insanların ən çox yayılmış xüsusiyyətləri arasında öz hərəkətlərini inkar etmək, həmçinin məsuliyyəti öz üzərinə götürməmək və əksinə, zərər verdiyi insanları günahkar çıxartmaq prinsipləri var. “Məni incitdin və bu barədə danışmalıyıq” münasibəti ilə bir söhbətə başlasanız, zəhərli insanın sizi dinləməkdən imtina etməsi, hisslərinizə məhəl qoymaması və məsuliyyəti sizün üzərinizə atmaq ehtimalının yüksək olduğunu unutmayın.

Həyatını korlayan insana heç bir borcunuz yoxdur. Ancaq yenə də məhsuldar bir dialoqa başlamaq və zəhərli qohumunuzu səhv etdiyinə inandırmaq istəyirsinizsə, emosiyalarınızı bu şəkildə formalaşdırmağa çalışın:

• Siz [ifadə daxil edin] dediyiniz zaman məndə [duyğularınızı təsvir edin] kimi hiss etdim, çünki [narahatlığın səbəbini bildirin]. Gələcəkdə [alternativ təklif etməyinizi] istərdim.

• Mən sizin etdiklərinizi düşünürəm [ifadə daxil edin və ya hərəkəti təsvir edin]. Məni incidir, çünki [təhqirin səbəbini bildirin]. Bəlkə bu məsələni müzakirə edək?

• Mən səni sevirəm, lakin [ifadə daxil edin və ya hərəkəti təsvir etməyi] bəyənmirəm, çünki [səbəb göstərin]. Düşünürəm ki, [alternativ təklif edin] münasibətlərimiz daha yaxşı olardı.

Özündən uzaqlaşdırma

2020-ci il sayəsində sosial məsafənin nə olduğunu öyrəndik. Özünü uzaqlaşdırmaq ona bir qədər bənzəyir. Yalnız bu, fiziki deyil, psixoloji ayrılmadır.

Bu yanaşma vəziyyəti kənardan qiymətləndirməyi nəzərdə tutur və diqqəti idarə etmə üsullarına bənzəyir. Bu, özünüzü və hisslərinizi başa düşməyə və münaqişələri həll etmək üçün emosional dayanıqlığı inkişaf etdirməyə kömək edəcək.

Deyək ki, məsuliyyəti öz üzərinə götürməkdən və sözləri və hərəkətlərinə görə üzr istəməkdən imtina edən, xüsusilə inadkar bir qohumunuzla qarşılaşırsınız. Təcrübədən yəqin ki, artıq bilirsiniz ki, belə bir insanla mübahisə etmək faydasızdır – o, yenə də hər şeyi döndərəcək ki, siz günahkarsınız. Bir addım geri atın və problemə neytral müşahidəçinin prizmasından baxın. Təsəvvür edin ki, bu vəziyyət sizin deyil, dostunuzun başına gəlib.

Burada ağlabatan bir sual yarana bilər: əgər qohumum mənim hisslərimə əhəmiyyət verməyən zəhərli bir insandırsa, mən niyə bir şey etməliyəm? Hər şey bizi incidən insanlara və vəziyyətlərə necə reaksiya verdiyimizlə bağlıdır. Tədqiqatçılar müəyyən ediblər ki, problemlərdən uzaqlaşan insanların əhval-ruhiyyəsi, narahatlıq içində qalmağa öyrəşmiş insanlara nisbətən, daha yüksəkdir.

Sadə texnikalar sizə uzaqlaşma bacarığını mənimsəməyə kömək edəcək

• Vəziyyəti üçüncü şəxsdən təhlil edin. Daxili dialoq “mən”, “mənim” əvəzinə “o”, “onlar”, “onun”, “onların” əvəzliklərindən istifadə etdikdə, xüsusilə təsirli olur. Məsələn, bacınızla mübahisə etmisinizsə, özünüzdən soruşun: “Bacısı niyə ona qarşı belə davrandı?” əvəzinə “bacım mənə niyə belə davrandı?” Bu cür tərtibatlar baş verənləri neytral nöqteyi-nəzərdən düşünmək imkanı verir.

Bu araşdırma, dostların sağlamlığımıza və xoşbəxtliyimizə ailədən daha müsbət təsir etdiyini göstərəcək. Bəlkə də bu ona görə baş verir ki, biz öz iradəmizlə dostlar seçirik və ailə ilə münasibətlər isə, bəzən ağır bir vəzifəyə çevrilir. Digər tərəfdən, elm adamları gərginlik və stressi ehtiva edən dostluqların fiziki rifaha mənfi təsir etdiyini də aşkar ediblər.

Təbii ki, hər kəsin fərqli vəziyyətləri var. Bununla belə, tədqiqat nəticələri göstərir ki, zəhərli dostlar psixi sağlamlığımız üçün zəhərli qohumlardan daha təhlükəlidir. Bir neçə üsul sizə özünə aşiq, ikiüzlü və ruhi xəstələrin həyatınızdan çıxarmağa və digər dostlarla münasibətlərinizi korlamamağa kömək edə bilər.

Dostlarınızın davranışlarını müzakirə edin

Əgər kifayət qədər yaxınsınızsa və uzun illərdir əlaqə saxlayırsınızsa və dostunuz yenicə zəhərli davranmağa başlayıbsa, onunla danışmağa dəyər. Bunu sosial şəbəkələrdə və ya yazılarda etməmək daha yaxşıdır. Dürüst, canlı söhbət sizə suallarınıza daha çox düzgün nəticə çıxaracağınız cavabı verəcəkdir.
Düzgün dialoq qurmaq üçün, əvvəlcə problemin mahiyyətini sakitcə izah edin, sonra münaqişə zamanı buraxdığınız hisslər və ya səhvlər üçün məsuliyyəti öz üzərinizə götürün və sonra kompromis təklif edin.
Dostunuz hələ də sizi dinləmək istəmirsə və ya hətta qəzəblənməyə başlayırsa, bu əlaqənin sizin üçün nə qədər vacib olduğunu düşünün. Axı yoldaşlığın əsas məqsədi qarşılıqlı əməkdaşlıq, etimad və dəstəkdir. Səy göstərən tək siz olanda dostluq birtərəfli oyuna çevrilir. Zəhərli bir dostla emosional enerjinizi saxlamaqla, ünsiyyəti dayandırmaq lazımdır. Sizi həqiqətən qiymətləndirən və sevən insanlara qayğı göstərmək daha yaxşıdır.

Daha az onlayn söhbət edin

Çox yaxın dost deyilsinizsə və ya körpüləri tamamilə yandırmaq istəmirsinizsə, sosial media ünsiyyətinizi minimuma endirin. İnternetin özü zəhərli insanlarla doludur.

Yeni Zelandiyalı alim sosial media alqoritmlərinin emosional və mübahisəli məzmuna üstünlük verdiyini müəyyən edib. Çünki məhz bu, böyük iştiraka səbəb olur – yüz minlərlə, hətta milyonlarla baxış, bəyənmə və şərhlər. Başqa sözlə desək, sosial media cəmiyyətdə toksikliyin artmasında böyük məsuliyyət daşıyır.
Zəhərli bir dostla mümkün qədər az ünsiyyət qurmaq, lakin onu tamamilə bloklamamaq və münaqişələrdən qaçmaq üçün bu addımları sınayın:

• Onu təqibdən çıxarın və ya yazılarını lentinizdən gizlədin. Bir çox sosial şəbəkələrdə belə bir funksiya var, bunun sayəsində bir insan heç bir şəkildə onların məzmununu lentinizdən xaric etdiyinizi bilmir. Bu, əlaqəni ciddi şəkildə pozmadan zəhərli dostu gündəlik həyatınızdan çıxarmağa kömək edəcək.

• Məxfilik parametrlərinizlə maraqlanın. Dostunuz mütəmadi olaraq qeyri-müəyyən şərhlər buraxır və yazılarınızı ələ salırsa, onun yazılarınıza girişini məhdudlaşdırmağın vaxtıdır.

Fiziki və ya emosional bağlı olduğumuz zəhərli insanlarla əlaqəni kəsmək və ya hətta kəsməmək çətin ola bilər. Dostluq və ailə münasibətlərində bir dost və ya ailə üzvünün zəhərli xüsusiyyətlərini müəyyən etmək, daha yaxşısına layiq olduğunuzu başa düşmək, bütün əlaqələri kəsmək və davam etmək çətindir.
Yuxarıda göstərilən üsullar, zəhərli bir insanla ünsiyyət qurmağın mümkün olub-olmamasından asılı olmayaraq, dincliyi qorumağa kömək edəcəkdir. Başqalarının düşüncələrini, hisslərini və hərəkətlərini idarə edə bilmərik, ancaq özümüzü idarə edə bilərik.

Özünüzə yaxın olduğunu düşündüyünüz insanlar gülüşünüzə səbəb olmalıdır, göz yaşlarınıza deyil.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »