Ermənistan baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkəsini üzvlükdən çıxarmaq ehtimalı ilə bağlı bəyanat verib.
Musavat.com xəbər verir ki, hökumət başçısı KTMT-yə üzv dövlətlərin Ermənistanı təşkilatdan kənarlaşdırmaq qərarına gələcəyi təqdirdə, rəsmi İrəvanın bu addımı nəzərə alacağını bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT-nin Ermənistanla bağlı məsələni müzakirə etdiyini açıqlayıb. Rusiya XİN rəhbərinin sözlərinə görə, təşkilata üzv ölkələr İrəvanın iki il ərzində üzvlük haqlarını ödəməməsi səbəbindən nizamnamənin Ermənistanın qurumdan çıxarılmasını nəzərdə tutan bəndinin işə salınması barədə razılığa gəliblər.
Comments are closed.