ABŞ RF-nın Baltik Donanmasını ələ saldığına görə, axmaq vəziyyətə düşüb

0

ABŞ Rusiya donanmasını ələ salmağa çalışaraq, özünü axmaq vəziyyətə salıb. Belə fikirlər Çindən olan mütəxəssislər tərəfindən təqdim olunub.

Son aylar Amerika hərbi ictimaiyyətində Rusiya Hərbi Dəniz Qüvvələrinin ABŞ və NATO üçün ciddi təhlükə yaratmadığı barədə fikirlər getdikcə aktivləşib. Qərbdə kifayət qədər istehzalı və aşağılayıcı formada deyirlər ki, Rusiya donanmasını tamamilə məğlub etmək üçün, uzaqmənzilli raketlərlə silahlanmış yalnız bir neçə strateji bombardmançı lazımdır.

Çinli analitiklərin fikrincə, Birləşmiş Ştatlar rəqiblərinin ordusunda inamsızlıq hissini oyatmaq üçün, onları ələ salmağı sevir. Ancaq, Rusiyada bu plan baş tutmadı, üstəlik, amerikalılar buna görə kifayət qədər axmaq vəziyyətə düşdülər.

İctimairey.az PolitRussia-a istinadən bu məqalənin eksklüziv təkrarını təqdim edir.

Çinli ekspertlər – “Amerika hərbçilərinin nəzərində Rusiya donanması yumşaq xurmaya bənzəyir” – deyə, bu barədə öz fikirlərini bəyan edib.

Sohu müəllifləri bəyan ediblər ki, ABŞ-dan olan hərbi mütəxəssislər bir cüt bombardmançı təyyarənin köməyi ilə Rusiya donanmasını məhv etməyi gözləyirlər, bu barədə müxtəlif media səhifələrində müntəzəm olaraq məlumat verilir. Nümunə olaraq, Rusiya Federasiyasının Baltik Donanmasını göstərirlər ki, guya onlar düşmənin hava hücumunu dəf etmək iqtidarında deyil. Bu cür “cəsarətli” bəyanatlar düşmənin çoxsaylı istehzaları və Amerika hərbçilərinin hərbi texnikasının tərifi ilə müşayiət olunur.

Çində hesab olunur ki, bu cür nəşrlər məqsədli şəkildə, gərgin münasibətlər dövründə rəqibini ələ salmaq və aşağılamaq üçün hazırlanır. – “Birləşmiş Ştatlar başa düşmür ki, Rusiya Federasiyasına sataşmaqları, onlara çox baha başa gələcək”.

ÇXR ekspertlərinin fikrincə, “ABŞ-ın Rusiya donanmasını cəmi bir neçə təyyarə ilə məhv etmək planı tam axmaqlıqdır. Anlamalısınız ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri ticarət gəmiləri deyil, ən müasir silah sistemləri ilə təchiz edilmiş son dərəcə təhlükəli döyüş birləşmələridir. Lazım gələrsə, silahlarından istifadə edib düşmən təyyarələrini məhv edəcəklər. Yəqin ki, bu həddə çatmayacaq”. Sohu jurnalistlərinin fikrincə, Qərb hərbi təyyarələrinin Rusiya Federasiyasının gəmilərinə və bazalarına zərbə məsafəsində yaxınlaşmasına belə yol verilə bilməz.

Amerikanın strateji bombardmançı təyyarələri Rusiya Hava Qüvvələrinin təyyarələrinin müşayiəti altında Rusiya sərhədlərinə yaxınlaşa bilməz. ABŞ Hərbi Hava Qüvvələrinin hər hansı təhlükəli hərəkəti zərbə və sonradan məhvlə nəticələnəcək.

“Amerika təyyarələri rus qırıcılarının qarşısını almaqdan qaça bilsələr belə, dəniz hava hücumundan müdafiə sistemlərindən çətin ki, uzaqlaşa bilsinlər”, – ÇXR-dən olan jurnalistlər əlavə ediblər.
Amerikalı ekspertlərin dediklərində ən gülünc odur ki, Rusiya Federasiyasının Baltik donanması B-1B bombardmançıları tərəfindən məhv edilə bilər. Qeyd edirlər ki, B-1B-lər hətta ABŞ-ın özündə də, təcili olaraq dəyişdirilməsi lazım olan olduqca köhnəlmiş maşınlar kimi tanınır. Beləliklə, demək olar ki, Rusiya donanmasını ələ salmaq cəhdi yalnız ABŞ-ın bu cür cəfəngiyatları açıq şəkildə səsləndirərək özünü kifayət qədər axmaq vəziyyətə salmasına səbəb olub.

Bundan əvvəl “PolitRussia” ABŞ-ın Rusiyanın Kalininqrad vilayətini ələ keçirmək planından şərhlər yazıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »