Türkdilli Dövlətlərin Baş Prokurorları Bakıda (FOTO)

0

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir.

İclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, iclasda Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar iştirak edir.

Tədbirdən əvvəl iştirakçılar Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzən qonaqlar daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »