İngiltərə Fransaya vaxt verdi: 48 saat ərzində həll edilməlidir

0

İngiltərə Fransaya davam edən balıqçılıq problemi ilə bağlı təhdidlərini geri götürməsi üçün, 48 saat vaxt verib və əks halda ölkəyə qarşı “hüquqi tədbirlər” görəcəyi barədə xəbərdarlıq edib.

İngiltərə Xarici İşlər Naziri Liz Truss, Şotlandiyanın Qlazqo şəhərində başlayan 26-cı Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransında (COP26) ölkəsi ilə Fransa arasında davam edən balıqçılıq problemi ilə bağlı Sky News-a açıqlama verib.

“Fransızlar Manş adalarına və bizim balıqçılıq sənayemizə tamamilə əsassız təhdidlər edib və onlar bu təhdidləri geri götürməlidirlər. Əks halda, tədbir görmək üçün Avropa İttifaqı (Aİ) ilə ticarət razılaşmamızın mexanizmlərindən istifadə edəcəyik”, – deyə Truss bildirib.

Fransızların ədalətsiz davrandığını və ticarət müqaviləsinin şərtlərinə əməl etmədiyini bildirən Truss, “Biri ticarət müqaviləsində ədalətsizdirsə, onu məhkəməyə vermək və bəzi təzminat tədbirləri görməyə haqqımız var. Fransızlar geri çəkilməsələr, bizim edəcəyimiz də budur”.

Fransanın nə qədər tez geri addım atması barədə suala Truss, “Bu məsələnin növbəti 48 saat ərzində həll edilməsi lazımdır” cavabını verib.

2021-ci ildə balıq ovu kvotalarının müəyyən edilməsi ilə bağlı Aİ və Böyük Britaniya arasında aparılan danışıqlarda konsensus əldə edilib, lakin xüsusilə fransız balıqçıları təyin olunmuş ərazilərdə fəaliyyət göstərə bilməyiblər. Cersi adasının Britaniya administrasiyası öz ərazi sularında balıq tutmağa davam etmək istəyən fransız balıqçı gəmilərindən keçmiş fəaliyyətlərinə dair sübut təqdim etmələrini xahiş etmişdi.

Bu vəziyyət İngiltərə ilə Fransa arasında gərginliyə səbəb oldu.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »