Qurd Cəbrayılın Salyanla nə əlaqəsi? Faktlar nə deyir?…

0

SSRİ dövrundə cəkilmiş “Arxadan vurulan zərbə” filmini yəqin ki Azərbaycan kino sevərləri tez-tez xatırlayır. Elcin Əfəndiyevin “Ox kimi Bıçaq” kino povesti əsasinda cəkilmiş “Arxadan Vurulan Zərbə” filminin əsas qəhrəmanlarından biri olan Qurd Cəbrayıl sonuncu dəfə Salyan rayonunda öldürdüyü polisin qohumunu yaraladığı səbəbindən yenidən 8 il həbs olunur.

Dostum yazıcı publisist Təyyar Nəsirli ilə Qurd Cəbrayılın Salyan rayonunda yaşaması və işləməsi ilə bağlı müəyyən məlumatlar əldə etmək məqsədi ilə bir sıra araşdırmalar apardıq. Əldə etdiyimiz məlumatları sizin də nəzərinizə çatdırmaq istəyirəm.

Cəbrayıl Əlibaxış oqlu Baxşıyev 1900-cu ildə Bakınin Maştağa qəsəbəsində anadan olub, 1976 ci ildə dunyasıni dəyişib. Kriminal aləmdə Əlibaxış oğlu Paxan – Qurd Cəbrayil kimi taninan Cəbrayıl ümumilikdə 70 il həbs cəzasına məhkum olunub və 36 il həbsdə yatıb.

Oğlu 1952 ci il təvəllüdlü Xoşqədəm Quliyevin dediklərinə görə, o vaxtlar türmədə yatmiş insanın nə özü, nə də onun ailəsi şəhərdə yaşaya biməzdi. Məhs bu səbəbdən, onları Bakıdan 125 km arali Salyan rayonuna sürgün ediblər.

Cəbrayılın oğlu Xoşqədəm Cəbrayıloğlunun soyadı Quliyevdir. Xoşqədəm Cəbrayıloğlu ilə atasının real həyat hekayəti ilə bağlı söhbətdən məlun oldu ki, o, atasının soyadını daşımayır. Səbəbini soruşduqda, “O vaxt bir dəfə Sibirdən atamızın ölüm xəbəri gəldi. Onda dayımız bizi öz himayəsinə götürdü. Cəbrayıl Baxşıyevlə qohumluq əlaqələrimizin hiss olunmaması üçün, bizə öz soyadını verdi. Atam Sibirdən qayıdıb gələndən sonra, yenidən Baxşəliyev ola bilmədik, qaldıq elə Quliyev soyadında”

1956- cı ildə ailəsi ilə Salyana göcürulən Cəbrayıl Baxşiyev oğlunun dediyinə görə, MTS də keşikçi işləyib. Amma, o dövrün ağsaqqalların dediyinə görə, idarənin adi “Kutab” olub. Bu idarə binası Salyan rayonundan kecən Kür çayının yaxınlığında yerləşirmiş. Sonradan, 1970 ci ildə idarə rayonun “Stansiya” adlanan ərazisinə köçürülüb və MARB adlanıb, yəni Rayonlar Arası Təhcizat Bazası.

Filmdə göstərilir ki, bir müstəntiq rayonda baş vermiş cinaiyyət işini araşdırmağa gəlir və gecə idarənin qapısından kecərkən illərlə axtarışda olan keşikçi ilə rastlaşır və Cəbrayil onu yaxşı tanıdığından öldürür. Əsl fakt isə belə deyil.

Film SSRİ dövrundə cəkildiyindən motivlər dəyişdirilib. Əslində, 1956 ci ildə Salyan rayonuna gələn Cəbrayıl eşidir ki, MTS-i yoxlayirlar və onunla bir nəfər maraqlanir. Bu xəbərı də ona idarənin rəisi çatdırır və onunla maraqlanan adam Cəbrayıl tərəfindən öldürülən polisin qohumu olur. Cəbrayil onu da yaraliyaraq 8 il həbs alir və 63 yaşında həbsxanadan azad olur.

Cəbrayılın sonradan gözləri zəiflədiyindən kriminal aləmdən uzaqlaşır. Ömrünün sonuna kimi, cox hörmətli şəxslərdən biri olub. Əlbəttə, onun həyatı haqqında cox danışılıb, cox yazılıb. Amma Salyan rayonu ilə bağlı filmdə hec bir süjet göstərilmir.

Fuad QƏHRƏMANOV

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »