Rada deputatı Voloşin: Türkiyə Bayraktarın ünvanına görə, Zelenski komandasına sillə vurdu

0

Müxalifət Platformasından Rada deputatı – “Həyat Naminə” partiyasından Oleq Voloşin “Facebook”da Türkiyənin Donbasda Bayraktar pilotsuz uçan aparatının Kiyev tərəfindən istifadəsinə reaksiyasından sonra, Ukrayna prezidenti Vladimir Zelenskinin komandasını ələ salıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çərşənbə axşamı bildirib ki, Ukrayna hərbçiləri Donbassda ilk dəfə olaraq, Bayraktar pilotsuz təyyarəsindən istifadə ediblər. Qərargahdan verilən məlumata görə, döyüş aparatı idarə olunan bomba ilə düşmənin topunu məhv edib.

Türkiyənin xarici işlər naziri buna cavab olaraq, Kiyevin Ankaradan aldığı silahların artıq Türkiyənin olmadığını qeyd edib və Ukraynanı pilotsuz uçan aparat barəsində danışanda, ölkənin adından istifadə etməyi dayandırmağa çağırıb.

“Türkiyənin müttəfiqlərindən Zelenskinin xarici siyasət komandasının üzünə daha bir şillə. Formal olaraq Çavuşoğlu, əlbəttə ki, haqlıdır: Ankaranın Donbasda pilotsuz uçan aparatın istifadəsi ilə heç bir əlaqəsi yoxdur”.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkə Rusiyanı “dayandırmaq” və ərazisini qorumaq üçün Türkiyədən pilotsuz təyyarələr alıb. Daha sonra, Ukrayna prezident aparatının mətbuat xidməti bildirib ki, Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Bayraktar” şirkəti Kiyev yaxınlığında pilotsuz uçuş aparatlarının texniki xidməti və modernləşdirilməsi üzrə birgə mərkəzin tikintisinə dair memorandum imzalayıb.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »