RSXM-nin Tovuzda yeni seysmik stansiyası quraşdırılıb

0

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.

İctimairey.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə,AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Tovuz rayonunda seysmik stansiyanın quraşdırılma işləri başa çatdırılıb.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən İsmayıllı və Daşkəsən rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda hər iki rayonda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »