General-mayor: Çin Rusiya-ABŞ silahsızlaşdırılma danışıqlarına qoşulmayacaq

0

“Çin heç vaxt Rusiya Federasiyası və ABŞ-la tərksilah üzrə üçtərəfli dialoqa qoşulmayacaq, çünki onun arsenalının həcmi Moskva və Vaşinqtonun malik olduğu nüvə silahlarının sayı ilə müqayisə olunmayacaq dərəcədə kiçikdir”.

İctimairey.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının müdafiə sahəsi üzrə Mərkəzin direktori, general-mayor Yao Yunçju məlumat verib.

“Düşünmürəm ki, Çin heç vaxt Rusiya və ABŞ-la tərksilah üzrə üçtərəfli danışıqlara və ya dialoqa qoşulmağa razı olacaq. ABŞ və Rusiyanın böyük nüvə arsenalları var, Çində isə, onun yalnız kiçik bir arsenalı var” – deyə Yao Yunçju Pekin Syanşan Forumunda bildirib.

Onun sözlərinə görə, belə bir şəraitdə Rusiya və ABŞ ilə üçtərəfli sazişə qoşulmaq, Çinə münasibətdə tam ədalətli olmayacaq.

Eyni zamanda o, Çinin ilk növbədə nüvə silahından istifadə etməmək siyasətinə sadiq olduğunu və bu siyasəti dəyişməyin asan olmadığını vurğulayıb.

General-mayor onu da qeyd edib ki, nüvə qarşısının alınmasının əsas məntiqi dəyişməz olaraq qalır. Arsenalın artıb-azalması və ya böyük arsenalın malik olmağın bir o qədər əhəmiyyəti yoxdur, çünki düşmənin qarşısını almaq üçün, az sayda nüvə silahı belə kifayət edəcək.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »