“Yaprak Dökümü”, “Kurtlar Vadisi”, “Keşanlı Ali Dastanı” və son olaraq, “Diriliş Ertuğrul” serialında rol alan serialları ilə tanınan 51 yaşındakı aktyor Ayberk Pekcana ağciyər xərçəngi diaqnozu qoyuldu. Məşhur aktyor, şişin qaraciyər və böyrəküstü nahiyələrinə yayıldığını bildirib.
“Diriliş Ərtoğrul” serialında Artuk obrazına həyat verən Ayberk Pekcan sosial media paylaşımı ilə pərəstişkarlarını üzüb.
Aktyor Ayberk Pekcan bel ağrısı şikayəti ilə müraciət etdiyi xəstəxanada xərçəng xəstəsi olduğunu öyrənib. Şişin qaraciyər və böyrəküstü vəzilərə yayıldığını deyən aktyor kimyaterapiyaya başladığını açıqlayıb.
Ayberk Pekcan sosial mediadakı açıqlamasında belə yazıb:
“Əziz dostlar, on gün əvvəl bel ağrısı şikayəti ilə getdiyim həkimlə başlayan proses bu günə gəlib çatdı. Məndə ağciyər xərçəngi var”.
“Şiş qaraciyər və böyrəküstü vəzilərə yayılıb. Təəssüf ki, bu xəstəlik ilk mərhələlərində heç bir simptom göstərməyibdi. Kimyaterapiyanın ilk günü. Ailəm mənim ən böyük dayağımdır. Yaxınlıqda dostlarım da var. Sağlamlığıma qovuşmaq üçün, əlimdən gələni edəcəyəm”. Sağlamlığım üçün, arzu və dualarınızı əsirgəməyin. Hörmətlə…”
Xatırladaq ki. aktyor 2010 -cu ildə baş rolu canlandırdığı “Saç” filmi milli və beynəlxalq film festivallarında mükafat alıb. 2012 -ci ildə ekranlara çıxan “Aşk və Devrim” filmindəki roluna görə 23 -cü Ankara Beynəlxalq Film Festivalında ən yaxşı köməkçi aktyor mükafatına layiq görülmüşdür.
Esmira ŞÜKÜROVA
İctimairey.az