ABŞ-ın “Micro¬soft” şirkətinin quru¬cusu, milyarder Bill Qeyts aşağıgəlirli ölkələrə koronavi¬rusla mübarizə üçün maliyyə yardımı edib. Belə ki, milyar¬der əczaçılıq şirkəti “Merck & Co.”nun koronavirusa qarşı istehsal etdiyi həblərin aşağı gəlirli ölkələrə çatdırılması üçün 120 milyon dollara qədər vəsait ayırıb.
İctimairey.az xəbər verir ki, bu barədə “Bill və Melinda Qeyts Fondu”ndan verilən açıqlamada deyilir: “Bu pandemiyaya son qoymaq üçün, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəsin həyatı xilas edən dərmanlardan istifadəsini təmin etməliyik”.
İctimairey.az