Bahar Muradova: Deputatlar deyirdilər ki, kişi gedib ikinci arvad alsın

0

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı, qanun qəbul edən bəzi deputatların təəccüb doğuracaq fikirlərini açıqlayıb.
Bahar Muradova bildirib ki, “Parlamentdə “Reprotuktiv sağlamlıq haqqında” qanunun müzakirəsi zamanı kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar var idi”. Mən o müzakirələrin iştirakçısı olmuşam”.
B.Muradova, – “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulunun vacibliyini vurğulayaraq qeyd edib ki, “Orada qadınların hüquqlarının qorunması ilə bağlı maddələr də mövcuddur. Bu gün sığınacaqlarda olan qadınlar var. Onlar hansı şəraitdə və necə qaçıblar? Əgər qadın evdən zorakılığa məruz qaldığı üçün qaçırsa, biz onu gücləndirməklə qadına olan təzyiqi azalda bilərik”.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »