Rusiya televiziyası amerikalı jurnalistin Putinin qarşısında oturmasına reaksiya verdi: Ayaqları ilə nə edir?
Rusiya dövlət televiziyası Putindən Avropadakı qaz böhranı ilə bağlı bir ABŞ jurnalistini sərt şəkildə ittiham etdi. Qadın aparıcının ayaqlarını Putinə doğru uzatması və tədbirdəki digər hərəkətləri ruslar tərəfindən cazibədarlığından istifadə kimi şərh edilib. Şərhçilər aparıcıya – “Tənqiddən qorxmadan özünü açıq şəkildə cinsi obyekt kimi təqdim etdi” – ifadələrdən istifadə edərək, şərh yazıb.
İctimairey.az mediyaya istinadən bildirir ki, Rusiya lideri Putin bu yaxınlarda bir foruma qatılıb və jurnalistlə dialoqu gündəmə düşüb. ABŞ -dan olan bir qadın jurnalistin Rusiyanın Avropaya qaz tədarükü ilə bağlı sualını cavablandıran və eyni suala cavab aldıqdan sonra, yenidən təkrarlayan jurnalistin ona qulaq asılmadığını düşünən Putin, – “Qarşımda sualı təkrarlayan bir gözəl qadın var. Dediklərimi eşitməyibdi, cavabı bir də təkrarlayacağam “- ifadələrini işlədəib.
Rusiya dövlət televiziyası, Vladimir Putinin fikrini yayındırmağa çalışdığı iddiası ilə, ABŞ -dan olan qadın aparıcıya da reaksiya verib.
AYAKLARA DİQQƏT
Başqa bir aparıcı Dmitri Kiselyov qadın aparıcının “bədən sözlərindən tam olaraq istifadə etdiyini” iddia edib. Moderator Hadley Gamble bu vaxt kadrları ayaqlarına yönəlib. Ayaq görüntüləri dövlət televiziyası tərəfindən 69 yaşlı prezident Putini təəccübləndirmək cəhdi kimi qiymətləndirildi.
Bədən dili üzrə mütəxəssis Judy James görüntüləri şərh edərkən bildirib ki, “bütün köhnə bədən dili tanışlıq bələdçiləridir və ayağınızı birinin istiqamətinə yönəltmə hərəkəti cazibə, özünə çəkmə işarəsidir” deyib.
Putinin müdafiəçisi kimi tanınan Kiselyov isə deyib ki, “Xülasə etmək üçün Hadley feministlərin tənqidindən qorxmadan özünü açıq şəkildə cinsi bir obyekt olaraq göstərərək cəsarətlə hərəkət edib”
Güloğlan Məmmədov İctimairey.az