Kadırovun qardaşı oğlu tünd qırmızı beret sınağından çıxarıldı

0

Çeçenistan başçısının bacısı oğlu Ramzan Kadırov Stavropoldakı Tambukan təlim mərkəzindəki sınaqdan uzaqlaşdırıldığı üçün, tünd qırmızı beret ala bilməyib.
İctimairey.az xəbər verir ki, bu barədə Semyon Peqov Qırmızı Beretlər Şurasının iclasından sonra, “WarGonzo” teleqram kanalına məlumat verib.
Telekanal Çeçenistan liderinin bacısı oğlu Əbdül-Kerim Kadırovun yürüş zamanı sınaqdan kənarlaşdırıldığını bildirib.

Bir müddət əvvəl jurnalist Aleksandr Koss, beret almaq üçün sınaq mərhələlərinin birində – yürüşdə iştirak edən çeçenistanlı əsgərlərin dostları onları avtomobillərlə finişə çatdırdığını yazıb. Kossun fikrincə, hazırkı beret sahibləri, kütləvi davaya səbəb olan bu faktdan hiddətləniblər. Rusiya Qvardiyası Xüsusi Təyinatlı Qüvvələr Baş İdarəsinin rəisi İqor Semilyakın dava iştirakçılarını ayırdığı bildirilsə də, departament baş verənləri təkzib edib.
2019-cu ilin yazında Abdul-Kerim Kadırov, Ramzan Kadırovun qərarı ilə, Milli Qvardiya Federal Xidmətinin Çeçenistan Müdirliyinin Terek SOBR (Xüsusi sürətli cavab qrupu) Təlim Mərkəzinin rəhbəri vəzifəsinə təyin edib.
Qeyd edək ki, Rosqvardia sözçüsü Valery Qribakin Stavropol diyarında bir gün əvvəl başa çatan bordo bereti geyinmək hüququ uğrunda keçirilən sınaq zamanı, xüsusi təyinatlıların əsgərləri arasında baş verən dava haqqında məlumatı təsdiqləməyib.
O, izah edib ki, “qırmızı beret – cəsarətin simvoludur. Hətta düşmənin gözü önündə də çıxarılmır. Xüsusi təyinatlılar arasında dava olmayıb, yalnız bir qədər duyğulanıblar.
Versiyalardan birinə görə, 604-cü xüsusi təyinatlı “Vityaz” mərkəzinin əsgərləri Çeçenistan qaliblərini fırıldaqçılıqda (guya yürüş zamanı avtomobillərdə hərəkət ediblər) və nəticələrlə razılaşmadığına işarə edərək ittiham ediblər. Müsabiqədən dava salan bordo berelleri çıxardılıb.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »