Əfqanıstanda dini məktəbdə baş verən partlayış 7 nəfərin həyatına son qoydu

0

Mənbə Əfqanıstanın Xost əyalətində baş verən partlayış nəticəsində 7 nəfərin öldüyünü bildirib
Təhlükəsizlik qaynağının verdiyi məlumata görə, Əfqanıstanın şərqindəki Xost əyalətindəki dini məktəbdə baş verən partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb, 15-dən çox adam yaralanıb.
Daha əvvəl bir nəfərin öldüyü və 17 nəfərin yaralandığı bildirilmişdi.
Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əl bombası dini məktəbdə partladılıb.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »