DƏHŞƏT DOĞURAN QƏTLLƏR . – Nigeriyada hərbi pilot 20 balıqçını bombalayıb

Nigeriyada hərbi pilot 20 balıqçını bombalayıb

0

 

İctimairey.az Bölgə sakinlərinin və ordu qaynaqlarının ifadələrinə əsaslanaraq xəbər verir ki, Nigeriyanın Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərqində təşkil etdiyi hava hücumu nəticəsində ən az 20 balıqçının öldüyünü bildirib.

Nigeriya hərbi aviasiyasının hədəfi eyni anda bir neçə əyalətin – Nigeriya, Niger, Çad və Kamerun sərhədindəki Çad Gölü bölgəsindəki cihadçı düşərgəsi olub.

Bazar günü, Qərbi Afrika İslam Dövləti (ISWAP) terror qruplaşmasının yerləşdiyi Çad gölünün Kvatar Daban Masara kəndinə hərbi təyyarə hücum edib. Qrup bu yaxınlarda balıqçılara Çad gölündə ödənişli şəkildə balıq tutmağa icazə veripmiş.

Nigeriya kəşfiyyatı cihadçıların bu təklifindən yararlanmağı seçən balıqçıların, bunu özlərinin risk və qorxu altında etdiklərini bildirir. Kəşfiyyat onları terrorçulardan fərqləndirmək üçün əsas tapa bilmir.

Nigeriyada təhlükəsizlik qüvvələri 12 ildir ki, Niger, Çad və Kameruna yayılan cihadçıların hücumu ilə mübarizə aparır. Bu günədək ən azı 40 min insan öldürülüb və ən azı iki milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »