Ermənistanın Syunik bölgəsində Azərbaycanın keçid məntəqələrini aşmaq üçün yeni yolun tikintisinə 1 milyard dollar xərclənməsi planlaşdırılır.

0

 

İctimairey.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərə bildirib.
“Ehtiyat yolumuz var, düzdür pisdir, amma etibarlıdır. Lap bəd halda “B” planı da mövcuddur. Ehtiyat yolun daha rahat olması üçün intensiv işləyirik”- Kerobyan bildirib.
O qeyd edib ki, Goris-Kapan magistral yolunun ardınca Azərbaycan polis məmurlarının İran yük maşınlarından ödəniş tələb etməsi Ermənistanın iqtisadiyyatına, turizminə və ticarətinə ciddi ziyan vurur. Nazir problemi ən qısa zamanda həll edəcəyinə söz verib.
Xatırladaq ki, sentyabrın 12-də Goris-Kapan yolunda, Ermənistanın Syunik bölgəsindən keçən zaman, Azərbaycan polis əməkdaşları Bakının nəzarətində olan əraziyə daxil olan yerdə postlar qurmuş və İran nömrəli avtomobilləri yoxlayır və onlardan yol vergisi ödənişi alırlar.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »