ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ilə görüşdə Ermənistan Parlamentinin -nın spikeri Alen Simonyan bildirib ki, tezliklə Milli məclisdə Ermənistan-ABŞ Dostluq Qrupu yaradılacaq.
İctimairey.az Erməni mediyasına istinadən xəbər verir ki, Simonyanın sözlərinə görə, bu qrup həm ölkələrin qanunverici orqanları arasında əməkdaşlıq, həm də dövlətlərarası əlaqələrin inkişafı üçün vacib bir halqaya çevriləcək.
O, diplomatik münasibətlərin qurulmasından bəri Ermənistanın ABŞ ilə geniş tərəfdaşlıq və dostluq əlaqələri qurduğuna diqqət çəkib. Simonyan, həmçinin ABŞ-ın illərdir demokratiyanın gücləndirilməsi, iqtisadi inkişaf və müxtəlif sahələrdə islahatlara verdiyi dəstəyi yüksək qiymətləndirib.
Öz növbəsində, səfir Treysi qeyd edib ki, ABŞ rəhbərliyi Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlığı davam etdirəcək.
Söhbət zamanı qanunverici orqan ilə əməkdaşlığın, demokratik proseslərin inkişafı və gücləndirilməsinin vacibliyi qeyd edilib. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra sahələrdə həyata keçiriləcək islahatlarla bağlı məsələlər müzakirə edilib.
Esmira ŞÜKÜROVA İctimairey.az