Ankara və Bakı İrəvanın xoş niyyətli jestinə cavab verməyə tələsmir.

0

 

Ermənistan hava məkanını qonşu dövlətlərə açsa da, Türkiyə və Azərbaycan oxşar addım atmadılar. İctimairey.az bildirir ki, bu barədə “Sputnik-Ermənistan” da yalvarış dolu bir məqalə dərc olub. Məqaləni oxucuların diqqətinə çatdırırıq.
“Diplomatik münasibətlərin olmamasına baxmayaraq, Türkiyə təyyarələri həmişə Ermənistan üzərində uçub. Məlum səbəbləri olsa da, İrəvan heç vaxt bunun qarşısını almayıb. Amma Türkiyə, heç bir səbəb olmadan, dəfələrlə Ermənistanda qeydiyyatdan keçmiş təyyarələr üçün hava məkanını bağlayıbdı.
Bu cür məhdudiyyətlər ümumiyyətlə uzun sürmür. Sonuncu dəfə hər şey keçən ilin 24 iyulunda, Türkiyə aviasiya orqanlarının Ermənistan hökümətinə aid “bir nömrəli idarə heyəti” nin tranzit texniki uçuşuna icazə verməkdən imtina etməsi ilə başladı. Bu, Ankaranın “şıltaqlığı” olsa da, o vaxtdan bəri Ermənistanın baş nazirinin təyyarəsi Türkiyənin hava məkanından yan uçmağa başladı. Artıq payızın əvvəlində Ankaranın nəyəsə ciddi hazırlaşdığı məlum oldu. Sentyabrın 9-da, müharibənin başlamasına 18 gün qalmış, Türkiyə gözlənilmədən Ermənistanda qeydiyyatdan keçmiş bütün təyyarələrin öz hava sahəsinə girməsini qadağan etdi. Bu, qonşu ölkənin Azərbaycanın qarşıdakı “təcavüzündən” nəinki xəbərdar olduğunu, əslində müharibəyə hazırlıq işlərində iştirak etdiyinin bir daha təsdiqi sayıla bilər.

Aydındır ki, bundan əvvəl çox danışıqlar aparılıb. Düzü, Ermənistanın Azərbaycana hansı xidmətin qarşılığında öz ərazisindən daxili uçuşların həyata keçirilməsini bərpa etməsinə icazə verdiyi hələ bilinmir. Ancaq nəzərə almaq lazımdır ki, bu, Bakı üçün çox vacib olub: Yalnız Bakı – Gəncədən – Naxçıvana deyil, İstanbul, Ankara, Bursa, İzmir, Antalya, Ərzurum, Qars və İğdıra da uçuşların məsafəsi həm qısalacaq, həm də ucuzlaşacaqdı. Azərbaycan aviadaşıyıcıları milyonlarla dollar qənaət edə biləcək. Göründüyü kimi, Bakı gələcəkdə Ermənistanın Azərbaycan aviatorlarına heç bir maneə törətməyəcəyinə dərin inanır, əks halda Füzulidə beynəlxalq hava limanının tikintisi bu qədər sürətlə aparılmayacaqdı.
Azərbaycan İrəvanın xoşməramlılığını qiymətləndirərək, Ermənistan hava daşıyıcılarına hava məkanından tranzit üçün istifadə etməsinə icazə versə, Ermənistan nə qazanır? Tamamilə heç nə. Bildiyimiz kimi, Azərbaycanın 30 ildir Ermənistana tətbiq etdiyi aviasiya blokadası bizə çox da ziyan vurmayıb. Çünki, Azərbaycan üzərindən uçmağa praktiki olaraq heç bir yerimiz yoxdur. Buna əmin olmaq üçün, xəritəyə baxmaq kifayətdir. Ermənistanın şərqə çıxışları daha vacibdir, nəin ki, Türkmənistan və Özbəkistana. Bu ölkələrə bizim daimi uçuşlarımız yoxdur və buna görə bizim üçün perspektivli istiqamətlər deyil. Deməli, bu mənada Azərbaycanın Ermənistandan asılılığı, Ermənistanın Azərbaycandan asılılığından qat -qat çoxdur.
Bakıdan bizə lazım olan tək şey, Stepanakert ilə mülki uçuşların həyata keçirilməsinə razılıq verməsidir. Əgər Azərbaycan İrəvanın göstərdiyi xoşməramlılığı həqiqətən yüksək qiymətləndirirsə, deməli, bu güzəştə razılıq verməlidir. Bunu hərbi-siyasi xarakter daşımaqdansa, humanitar düşüncələr tələb edir.

Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »