Kadırov Lukaşenkonu cəsarətli və iradəli insan adlandırdı

0

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Belarus Prezidenti Aleksandr Lukaşenkonu doğum günü münasibətilə təbrik edərkən, onu əsl cəsarətli vətənpərvər adlandırrıb və Çeçenistana qonaq dəvət edib.
“Alexander Qriqoryeviç əlbəttə ki, ürəyi və ruhu ilə xalqına qayğı göstərən, öz ölkəsinin əsl vətənpərvəridir. Adı böyük hərflə yazılan, bir insan və siyasətçi, güclü bir iş icraçısıdır. Aleksandr Qriqoryeviçin titanik işinin və müdrik siyasətinin nəticəsi göz qabağındadır” – deyə Kadırov Teleqram kanalında yazıb.
Kadırav Çeçenistan və Belarusun bir sıra sahələrdə əməkdaşlıq etdiyini və zaman keçdikcə bölgələr arasındakı əlaqənin gücləndiyini və genişləndiyini qeyd edib.
“Hamımız Aleksandr Qriqoryeviçi ziyarət etməyi səbirsizliklə gözləyirik və onu xüsusi səmimiyyətlə qarşılayacağıq. Respublikamızda onu güclü iradəli, cəsarətli və ləyaqətli insan kimi qiymətləndirirlər və hörmət edirlər”, – Çeçenistan rəhbəri əlavə edib.
Kadırov Belarus dövlət başçısına can sağlığı, uğurlar və bütün respublika xalqına firavanlıq arzulayıb.
Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »