Ermənistanda 3 aylıq təlimə aparılanlar fərarilik ediblər

0

 

Ermənistan hökumətinin 2021-ci il 2 sentyabr tarixli qərarı ilə 2021-ci il sentyabrın 15-dən dekabrın 15-nə qədər rezerv qoşununun birinci qrupunun birinci kateqoriyasında qeydiyyata alınmış sıravi, gizir və zabit heyətlərinin ehtiyatda olanlarının üç aylıq yeni təlim toplanışları elan olunub.

İctimairey.az xəbər verir ki, 3 aylıq təlimlərə aparılan ehtiyatda olan erməni hərbi qulluqçular hərbi hissəni tərk ediblər.

Məlumata görə, Ermənistanın hərbi polisi erməni fərarilərə qarşı cinayət işi açılması ilə bağlı prosesə başlayıb.

İctimairey.az

 160 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »