Sentyabırın 1-dən respublika ərazisində tətbiq olunmuş qadağalara niyə riayət olunmur?

0

Ölkənin ən iri ticarət mərkəzlərindən biri hesab olunan “Sədərək ticarət mərkəzi”daşıyıcı xəstəliklərlə bağlı təyin olunan qaydalara uyğun idarə olunmur. Belə ki, üstü örtülü və qapalı məkanlarda(dükanlarda) nə işçilər(satıcılar), nə də ki, müştərilər maskadan istifadə etmir.
Bazarın girişində Covid 19-la bağlı pasportlar yoxlanılmır, dizendeksiya edici məhlullardan müştərilətə təklif olunmur, nə də ki, maska taxmayanlara qarşı nəzarət edici orqanlar bazar ərasisində görünmür. Demək olar ki, bazar daxilində barmaqla sayılacaq qədər insan maskadan istifadə edir. Qalanlar virusa qarşı iynə vurduqları üçün, tam əminlklə bazar ərazisində istədikləri dükanlara daxil olur.
Əlbətdə ki,əhalinin sıx olduqu ərazilərdə bu kimi praflaktik tədbirlərin görülməsi zəruridir. Belə olduğu halda yaxın zamanlarda yoluxma sayı nəyin ki, dörd rəqəmli, hətda beş rəqəmli ola bilər. Yuxarıda adı hallanan bazarda əhali o qədər çoxdur ki, hətda insanlar ara yollarda rahat yolunu gedə bilmir.
Deməyi bizdən. Sonra deməyin ki, siz jurnalistlər hara baxırdız, niyə vaxtında aidiyyatı orqanları xəbərdar etmirdiniz? Həkimlər,hüquq mühafizə orqanları bu kimi əhalinin sıx toplaşdığı satış mərkəzlərində, mollarda, iri dükanlarda nəzarəti gücləndirməlidir. Qarşıdan soyuq havalar gəlir. Hamımıza məlumdur ki, Covid 19 elə bir yolxucu xəstəliklər sırasındadır ki, istənilən hava şəraitində sürətlə yayılma imkanına malikdir. Odur ki, hərkəs özünü və yaxınlarını, ətrafındakıları qorumağa məcburdur.
Fuad Qəhrəmanov. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »