COVID-19 virusu bir sıra səthlərdə uzun müddət yaşaya bilir

0
Avstraliya alimlərinin araşdırmalarına görə, yeni növ koronavirus (COVID-19) virusu bir sıra səthlər üzərində uzun müddət qalır.
İctimairey.az Həkim-dermatoloq Sevinc Kərimovanın dediklərini oxuculara çatdırır: “Koronavirus tam hamar, şüşə səthlərdə, mobil telefonların ekranında 20 dərəcə temperaturda 28 günə qədər, pul əskinasları üzərində 20 dərəcə temperaturda 9 günə qədər, pambıq səthlər üzərində 30 dərəcə temperaturda 30 günə qədər yaşaya bilir”.
Onun dediyinə görə, gigiyena qaydalarına mütləq əməl edilməlidir: “İlk növbədə əllərin gigiyenası gözlənilməlidir. İctimai nəqliyyatdan istifadə etdikdə, bank, ofis və digər müəssisələrə gedib gələndə qapı və dəstəklərə toxunulduğuna görə, xüsusilə əllərin gigiyenasına ciddi şəkildə qorunmalıdır. Əllər ilıq su altında sabunlanmalı, gün ərzində ən çox istifadə edilən telefon, açar və digər əşyaların səthləri vaxtaşırı dezinfeksiya olunmalıdır”.

İctimairey. az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »