Ölkənin ən iri ticarət mərkəzlərindən biri hesab olunan “Sədərək ticarət mərkəzi”daşıyıc
Bazarın girişində Covid 19-la bağlı pasportlar yoxlanılmır, dizendeksiya edici məhlullardan müştərilətə təklif olunmur, nə də ki, maska taxmayanlara qarşı nəzarət edici orqanlar bazar ərasisində görünmür. Demək olar ki, bazar daxilində barmaqla sayılacaq qədər insan maskadan istifadə edir. Qalanlar virusa qarşı iynə vurduqları üçün, tam əminlklə bazar ərazisində istədikləri dükanlara daxil olur.
Əlbətdə ki,əhalinin sıx olduqu ərazilərdə bu kimi praflaktik tədbirlərin görülməsi zəruridir. Belə olduğu halda yaxın zamanlarda yoluxma sayı nəyin ki, dörd rəqəmli, hətda beş rəqəmli ola bilər. Yuxarıda adı hallanan bazarda əhali o qədər çoxdur ki, hətda insanlar ara yollarda rahat yolunu gedə bilmir.
Deməyi bizdən. Sonra deməyin ki, siz jurnalistlər hara baxırdız, niyə vaxtında aidiyyatı orqanları xəbərdar etmirdiniz? Həkimlər,hüquq mühafizə orqanları bu kimi əhalinin sıx toplaşdığı satış mərkəzlərində, mollarda, iri dükanlarda nəzarəti gücləndirməlidi
Fuad Qəhrəmanov. İctimairey.az