Şahmatçılarımız Belarus, Hindistan və Moldova komandaları ilə üz-üzə gələcəklər

0

Sentyabrın 9-da ikinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunda növbəti 3 oyun keçiriləcək.
İctimairey.az AZƏRTAC –a istinadən xəbər verir ki, B qrupunda mübarizə aparan komandamız növbəti görüşlərdə Belarus, Hindistan və Moldova yığmaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünən keçirilmiş ilk 3 oyunda Azərbaycan komandası İsveç yığmasına qalib gəlib (5,5:0,5), Çin komandası ilə heç-heçə edib (3:3), Macarıstan şahmatçılarına uduzub (2:4). Üç turdan sonra 3 xalla komandamız 10 yığma arasında 5-ci pillədə qərarlaşıb.
Şahmatçılarımız hər gün 3 oyun keçirəcəklər.
Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.
Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »