Quantanamo həbsxanasından azad edilən 5 Taliban üzvü Əfqanıstanda yeni hökumətdə yüksək vəzifələrə təyin olunub

0

 

ABŞ-ın eks prezidenti Barak Obama rəhbərliyi dövründə, 2014 -cü ildən Talibana əsir düşən çavuş amerikalı əsgər Bove Berqdahlın sərbəst buraxılması üçün, Talibanla danışıqlar aparılıb və Quantanamo həbsxanasından beş Taliban üzvü azad edilərək, dəyişdirilib.
İctimairey.az xəbər verir ki, hazırda həmin taliban üzvləri Əfqanıstanda elan edilən hökumətdə nazirlik də daxil olmaqla, yüksək vəzifələrə təyin edilib. İnformasiya və mədəniyyət naziri olaraq Hayrullah Hayırhah təyin edilib. Nurullah Nuri Sərhəd və Qəbilə İşləri Naziri, Əbdül Hak Vasik Kəşfiyyat Direktoru olub. Məhəmməd Fazil isə, müdafiə nazirinin müavini təyin edilib.
Quantanamodakı məhbus – Taliban qrupunun beşinci üzvü olan Məhəmməd Nabi Öməri Şərqi Xost əyalətinin valisi təyin edilib.
Esmira ŞÜKÜROVA. İctimairey. Az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »