Qəddafinin oğlu Sədi Qəddafi Türkiyədə Liviyanın paytaxtı Tripolidə saxlanıldıqdan sonra, Türkiyəyə gələn Müəmmər Qəddafinin oğlu Sədi Qəddafinin şəxsi təyyarədəki fotosu gündəmi zəbt edib.
İctimairey.az xəbər verir ki, Sadi Qəddafinin Türkiyədə olmasının səbəbləri ilə bağlı rəsmi sözçüsü Musa Qəddafi açıqlama verib. O, bildirib ki, Qəddafi “İnsanlıqdan kənar şəraitdə həbsxanada çox çətin günlər yaşayıb və sağalması üçün zamana ehtiyacı var”.
Liviyanın sabiq prezidenti Müəmmar Qəddafinin oğlu Sadi Qəddafi, Liviya Baş Prokurorluğunun qərarı və Baş nazir Əbdülhəmid Dibeybənin icazəsi ilə bir gün əvvəl saxlanıldığı Tripoli həbsxanasından azad edilib. Azad edildikdən sonra, Türkiyəyə gələn Qəddafi Haberler.com saytına ilk ifadəsini atasının keçmiş sözçüsü və yaxınları Musa Qəzzafi vasitəsi ilə edib.
Musa İbrahim Qəddafi Sadi Qəddafinin ağır şəraitdə həbsxanada olduğunu ifadə edərək, “Hal -hazırda uşaqları və ailəsi ilə birlikdədir. İnsanlıqdan kənar şəraitdə həbsxanada çox çətin bir dövr keçirdi və sağalması üçün zamana ehtiyacı var. Hüquqları tam əlindən alınıb. Həbsxana dövründə ona qarşı çox pis rəftar edilib” – deyə bildirib.
Xatırladaq ki, Muammar Qəddafi dövründə ölkənin idman sahəsinin idarə olunmasında səlahiyyət sahibi olan Sadi, Liviya milli futbol komandasında da oynayırdı. Sadi Qəddafi 2011 -ci ildə Qəzzafi rejiminin süqutundan sonra Nigerə qaçıb, lakin Liviya Futbol Federasiyasına sədrliyi dövründə “zorla mənimsəmək” ittihamı ilə 2014 -cü ildə mühakimə olunmaq üçün Liviyaya gətirilib və həbs olunub.
Esmira ŞÜKÜROVA İctimairey.az