Müddətli müqavilə ilə müəllim işləmək istəyənlərin nəzərinə

0

Bu gün ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimi başa çatır.

Təhsil Nazirliyindən İctimairey.az-a bildirilib ki, proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilən vakansiya seçimi sentyabrın 6-sı saat 18:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.

Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti müddətli müqavilə ilə işə qəbul turlarında vakansiyaya çıxarılacaq və həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək.

Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləməyi unutmamaq tövsiyə olunur.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »