İsrailin Fələstinlilərə zülmü bitmir!

0

Müdaxilə nəticəsində 70 fələstinli canlı güllə və gözyaşardıcı qazdan yaralanıb.
Fələstinlilər İsrailin işğalı altında olan İordan çayının qərb sahilindəki Beita şəhərində İsrailin qanunsuz məskunlaşma siyasətinə etiraz olaraq nümayiş keçirib.
İsrail də Fələstinlilərə mərmi və gözyaşardıcı qazla cavab verib.

İctimairey.az Fələstin Kızılayının verdiyi açıqlamaya istinadən xəbər verir ki, müdaxilə nəticəsində 10-dan çox plastik mərmi ilə 70 Fələstinlinin yaralanıb.
Yaralılar arasında bir tibb işçisinin də olduğu bildirilir.

Fələstinlilər may ayından bəri İsrailin Beita qəsəbəsində Avitar postunun inşasına cavab olaraq nümayişlər keçirirlər.
Bu arada İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşq ətrafına da hava zərbələri endirib.

Raketlərin əksəriyyəti Suriya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən dəf edilib.

Səlahiyyətlilər hücumda heç bir can itkisinin olmadığını, yalnız maddi ziyan olduğunu söyləyir.

Esmira ŞÜKÜROVA

 İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »