Lənkəranda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

0

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk etmiş aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

İctimairey.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayon sakini T.Cavadova koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə onun xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub.
T.Cavadovla maarifləndirici söhbət aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılması təmin edilib.

Xüsusi karantin rejiminin tələblərini pozduğuna görə T.Cavadov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »