Millət Vəkili Elnur Allahverdiyev idmançılarımızı təbrik edir.

0

Paraolimpiyaçılarımız Tokioda tarix yazırlar. Hər gün idmançılarımızın yeni medallar qazandıqlarına, dünya rekordlarını yenilədiklərinə dair xəbərlərlə tanış olub qürurlanırıq.

Növbəti qızıl medalımızı üzgüçümüz Vəli İsrafilov qazanıb. Azərbaycanın Paralimpiya çempionu olan ən gənc idmançı Vəli həmçinin dünya rekordunu da yeniləyib. 18 yaşlı Vəli 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1:04.86 nəticə göstərərək Paralimpiya rekordunu qırıb. Vəli İsrafilov bu nəticə ilə qızıl medal qazanıb.

Millət Vəkili Elnur Allahverdiyev Vəlinin simasında bütün idmançılarımızı təbrik edərək, onlara yeni uğurlar arzulayır. – Sizlərlə qürur duyuruq!

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »