Fəzail Ağamalı: “Şuşadakı tədbirlər həm Ermənistana, həm də separatçılara çox ağır təsir göstərdi”

0

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrimizə hər səfəri tarixi əhəmiyyət daşıyır. Dövlət başçısı bu səfərlərdə həmçinin, xalqımıza işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq işləri ilə bağlı məlumat verir. Bu baxımdan, Prezidentin Şuşaya səfəri də böyük əhəmiyyət daşıyır”.

Millət vəkili qeyd edib ki, Prezidentin Şuşaya səfəri və orada səsləndirdiyi fikirlər çox böyük əhəmiyyət daşıyır: “İlham Əliyev işğaldan azad olunmuş ərazilərin hər birində aparılan quruculuq işləri ilə tanış olur, şəhərlərin ermənilər tərəfindən necə dağıdıldığını bütün dünyaya nümayiş etdirir. Belə hadisələr informasiya müharibəsində Azərbaycanın üstünlük əldə etməsi üçün çox əhəmiyyətlidir. Şuşa və digər ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın gücünü göstərir. Şuşada keçirilən tədbirlər isə həm Ermənistana, həm də separatçılara çox ağır təsir göstərdi. İlham Əliyevin oraya səfər etməsi, etdiyi çıxışlar hər kəsin yaddaşına həkk olundu. Bundan başqa, Prezidentin Füzuli Beynəlxalq Hava Limanına getməsi və orada çıxış etməsi böyük tarixi hadisədir. Bu liman sentyabr ayının sonunadək hazır olacaq. Füzuli Beynəlxalq Hava Limanından həm hərbi yüklərin daşınması, həm də insanların səyahət etməsi üçün istifadə olunacaq”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışları həm siyasi, həm də mənəvi əhəmiyyət daşıyır: “Ölkə başçısı erməni vandalları tərəfindən dağıdılmış Şuşa şəhərinin abadlaşdırılması üçün ciddi addımlar atdı. Oranın infrastrukturu yenidən quruldu, dağıdılmış yerlər bərpa edildi. İlham Əliyev qeyd etdi ki, 1982-ci ildə Vaqif məqbərəsinin tikintisi başa çatdıqda o da orada idi. Bu tarixi abidə işğal dövründə dağıdılmışdı, ancaq indi yenidən bərpa olunub. Çox qısa zamanda Şuşada Vaqifin məqbərəsi və büstü, Bülbülün ev muzeyi təmir edildi. Prezident İlham Əliyev Şuşada yerləşən “Qarabağ” hotelinin təməlini qoydu. Orada artıq mədəniyyətimizə və ədəbiyyatımıza təkan verən Vaqif Poeziya Günləri tədbiri keçirilir. Prezident İlham Əliyevin açılış mərasimində etdiyi çıxışda səsləndirdiyi fikirlər həm siyasi, həm də mədəni baxımdan böyük mahiyyət daşıyır. Ali Baş Komandan özünün cəsarətli və qətiyyətli mövqeyini bir daha bütün dünyaya nümayiş etdirdi. İlham Əliyev Şuşanın Azərbaycanın ərazisi olduğunu və xalqımızın orada əbədi yaşayacağını hər kəsə bəyan etdi”.

Aygül Qarayeva

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »