Azərbaycanda 3 rayona yeni polis rəisi təyin edildi

0

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub. /Report/

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »