“Əfqanıstanın yenidən qurulmasında ÇİN böyük rol oynaya bilər” – Suheyl Şahin

0

Dünən türk qəzetinə açıqlamalar verən Taliban sözçüsü Suheyl Şahin “Türkiyənin dostluğuna, dəstəyinə və əməkdaşlığına hər hansı bir ölkədən daha çox ehtiyacımız var. Əfqanıstanı birlikdə quracağıq” demişdi.

İctimairey.az xəbər verir ki, Çin televiziyasına verdiyi müsahibədə də oxşar ifadələr işlədən Şahin, “Əfqanıstanın yenidən qurulmasında Çin böyük rol oynaya bilər” deyə təkrar edib.
Əfqanıstanda idarəçiliyi ələ alan Taliban üzvləri, hər fürsətdə açıqlamalar verərək yeni dövr mesajlarını dünya ictimaiyyətinə paylaşır: “Sizin dəstəyinizə və əməkdaşlığınıza ehtiyacımız var. Əfqanıstanı birlikdə quracağıq”.

BƏNZƏR İFADƏLƏRƏ DİQQƏT: Şahinin Çin Mərkəzi Televiziyasına (CCTV) verdiyi ifadələr bu gün yayımlanan xəbərlərdə yer alıb. Bu dəfə Çin üçün Türkiyə ilə bağlı açıqlamalarında bənzər ifadələr işlədən Sözcü, Əfqanıstanın yenidən qurulmasının əhəmiyyətini vurğulayıb və “Çin böyük iqtisadiyyata və potensiala malik böyük bir ölkədir. Əfqanıstanın yenidən qurulmasında böyük rol oynaya bilər. ” deyib.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »