Milli Qəhrəman Topçu İskəndərin 65 illik yubileyi qeyd edilib

0

Azərbaycanın Milli Qəhrəmanı İskəndər Söhrab oğlu Aznaurovun 65 illik yubileyi vaxtilə xidmət etdiyi hərbi hissədə böyük ruh yüksəkliyi, qələbə əhval-ruhiyyəsi ilə qeyd edilib.

İctimairey.az xəbər verir ki, Hərbi orkestrin ifa etdiyi “Qələbə marşı” ilə qarşılanan Müdafiə Nazirliyinin və Gədəbəy rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Qəhrəmanın həyat yoldaşı, yaxınları, “Axısqa Türkləri” ictimai birliklərinin nümayəndələri, Birinci Qarabağ müharibəsinin veteranları, Vətən müharibəsinin qaziləri və digər qonaqlar düşmən üzərində tarixi Zəfər qazanan qalib bir ölkənin vətəndaşı, rəşadətli ordunun qalib əsgərləri kimi Milli Qəhrəman İskəndər Aznaurovun büstünü ziyarət edib, şərəfli ömür və döyüş yoluna nəzər salıb, həmçinin bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə İskəndər kimi igid oğulların xidmətindən qürur duyublar.

Şəhid Milli Qəhrəmanın büstü önünə Müdafiə Nazirliyinin adından qızılgül çələngi qoyulub, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Dövlət himni ifa olunub. Yubiley mərasimi iştirakçılarını nazirliyin rəhbərliyi adından salamlayan polkovnik Abdulla Qurbani bildirib ki, Azərbaycan uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan hər bir əsgər və zabitin adı xalqımız üçün əzizdir, xatirəsi əbədidir.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »