Bu ölkədə yeni virus aşkarlandı: Uşaqları iflic edir

0

Qambiyada poliomielit adlı yeni virus aşkarlanıb.

İctimai Rəy Qərb mediasına istinadən xəbər verir ki, Qərbi Afrika ölkələrindən biri olan Qambiyada poliomielit virusu (poliovirus) aşkarlanıb.

Poliovirus uşaq iflici virusu hesab olunur.

Qambiya Səhiyyə Naziri Lamin Samateh, ölkənin paytaxtı Bajul və Kotu bölgəsindən götürülmüş nümunələrdə poliovirusun aşkarlandığını bildirib. Təxminən 2 milyon əhalisi olan ölkədə çox qorxulan virusun yayıldığını ifadə edən Samateh hökumətin epidemiyanı dayandırmaq üçün bir peyvənd hazırladığını açıqlayıb.

Peyvəndlərin beş yaşından kiçik bütün uşaqlara vurulacağı bildirilib. \azxeber.com\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »