Ərdoğan açıqladı: İranla sərhəddə beton divarlar hörülür – Bu, nəyin qorxusudur?

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı, Hakkari, İğdır və Van ərazilərinin İranla sərhədinə beton divarlar çəkiləcəyini bildirib. Artıq 157 kilometrlik divarın tamamlandığını vurğulayan Ərdoğan bu tədbirin təkcə Əfqanıstandan başlayacaq böyük köç üçün yox, terrora qarşı da vacib tədbir olduğunu diqqətə çatdırıb.

Maraqlıdır, Türkiyənin bu addımı İranla münasibətlərinə hansısa formada təsir edə bilərmi?

İctimai Rəy xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli Türkiyənin bu addımı yerində atdığını bildirib. Ekspert İranın bu səddlərin çəkilməsinə əsas səbəb olduğunu deyib:

“Həmin ərazilər PKK terroçularının, İŞİD-in daim mövcud olduqları ərazilər idi. İran Türkiyənin ərazi bütövlüyünü qəbul etsə də, bunu qəbul etməyənləri himayə edərək, onlara silah verib. Bu baxımdan Türkiyə doğru addım ataraq, PKK terrorçularını sıxışdırıb. Bundan başqa Türkiyə Avropa yolunda cazibəli ölkəyə çevirilb. Bütün narkotacirlər, qaçaqmalçılar, Avropaya köçüb məskən salmaq istəyənlər Türkiyə vasitəsilə Avropaya daxil olurlar. Divarın çəkilməsinin ikinci səbəbi də budur. Türkiyə həm də əfqan qaçqınların ölkəyə gəlməsini, kütləvi axın olmasını istəmir. Türkiyə indi 5 milyon Suriya qaçqınını himayə edir, onlara 8-10 milyard dollar aralığında pul xərcləyir. Bu baxımdan yeni qaçqın axını Türkiyə üçün yaxşı heç nə vəd etmir”.

Ekspert Türkiyə-İran münasibətlərinin soyuqlaşacağını deyib:

“Beton sədlərin çəkilməsi Türkiyə-İran münasibətlərinə soyuqluq gətirəcək. Münasibətlərin soyumasında isə problemli nəsə yoxdur. Çünki İranla heç cür normal ittifaq qurmaq mümkün deyil. Mollalarla normal münasibət qurmaq olmur. Sərhəd çəkmək də lazımdır, lazım gələndə onların xəyanətini üzlərinə vurmaq da lazımdır. Farsın təbiəti budur, bundan uzağa getmək mümkün deyil”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »