Facebook, İnstagram və WhatsApp messencerində Taliban terror hərəkatı…

0

Amerikanın Facebook şirkəti, Facebook, İnstagram və WhatsApp messencerində Taliban terror hərəkatı ilə əlaqədar hər hansı bir məzmun yayılmasını qadağan etdi.

İctimairey.az RİA Novosti -yə istinadən verdiyi xəbərə görə, hərəkat ABŞ qanunvericiliyinə uyğun olaraq terror təşkilatı olaraq sanksiyalar altındadır. Facebook sözçüsü, ” Siyasətimizə uyğun olaraq, təhlükəli təşkilatlarla bağlı xidmətlərimizdən istifadə etmələri qadağan etdik” – bildirib.

Qeyd edilir ki, Facebookun Taliban və ya onların adından, habelə hərəkatı dəstəkləməyə yönəlmiş ifadələr olan səhifələri siləcək. Şirkət sözçüsü Facebookun üzvlərinin yazıları, fotoşəkilləri, videoları və digər məzmunları izlədiyini və lazım gələrsə onları siləcək xüsusi bir qrup yaratdığını söyləyib.

Esmira ŞÜKÜROVA,

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »