“Azərbaycanda yoluxma daha da artacaq” – QORXULU PROQNOZ

0

Azərbaycanda koronavirusa yoluxanların sayı ilə müqayisdə sağalanların sayı azalır. Bəs görəsən virusdan sağalanların sayının azalması nə ilə nəticələnə bilər?

İctimai Rəy xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az saytının suallarını tibbi ekspert Şəhla Balayeva cavablayıb. O bildirib ki, sağalanların sayı ilə yoluxanların sayı arasında fərq normaldır:

“İndi xəstəlikdən sağalanlar 10-15 gün bundan əvvəl virusa yoluxanlardır. Məlumdur ki, həmin ərəfədə yoluxma statistikası az idi. Ona görə də müvafiq olaraq sağalanlar günbəgün azalır. Son bir həftə ərzində yoluxma sayı kəskin artır. Amma bu müddət ərzində yoluxanlar 10-15 gün sonra sağalacaq. Ona görə rəqəmlər arasında ciddi fərq var”.

Ekspert bildirib ki, yoluxma sayı qarşdıakı günlərdə də arta bilər:

“Hazırda yay fəslidir. Hər kəs tətilə, istirahətə gedib. İnsanlar arasında ünsiyyət indi daha sıxdır. Sosial məsafə qaydasına əməl edilmir. Buna görə də virusa yoluxanların sayı artmaqdadır. Hesab edirəm ki, növbəti günlərdə yoluxam sayı daha da arta bilər”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »