Artsax Azərbaycan ərazisi deyil: David Babayan

0

Özünü qondarma “Artsax Respublikasının” xarici işlər naziri hesab edən David Babayan Artsaxın statusu ilə bağlı Azərbaycan tərəfinin yanaşmalarına toxunaraq, Artsaxın Azərbaycan ərazisi olmadığını vurğulayıb.

Azərbaycan Müdafiə Nazirliyi avqustun 11 -də “son günlərdə Ermənistan üçtərəfli bəyanatı pozaraq qoşunlarını Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə köçürdüyünü” açıqladıqdan sonra, Ermənistan Xarici İşlər Nazirliyi cavab olaraq xatırladıb ki, 9 Noyabr tarixli bəyanatın birinci abzasında “… tərəflər öz mövqelərindədir” ifadəsi açıq şəkildə göstərilib. Ona görə də Bakının üçtərəfli bəyanatında Dağlıq Qarabağdan erməni qoşunlarının çıxarılmasını nəzərdə tutduğu iddiaları açıq-aşkar yalandır. – deyə bildirib.

İctimairey.az xəbər verir ki, Azərbaycan müdafiə Nazirliyinin məlum bəyanatından qorxuya düşən David Babayan Armenpress-ə verdiyi müsahibədə Bakını reallığı təhrif etməməyə çağırıb. “Təbii ki, bura Azərbaycanın ərazisi deyil. Məqsədləri Artsaxı Azərbaycan ərazisi etməkdir, amma bu, uğur qazanacaqları demək deyil “- deyə bildirib. Daha sonra əlavə edib ki, – “Ermənistandan heç bir hərəkət və ya qoşun yeridilməsi olmayıb”.

David Babayanın sərsəm fikrincə, guya Bakı həm Azərbaycan Silahlı Qüvvələrinin hərbi vasitələrdən istifadə etməsi, həm də Bakının oxşar bəyanatları eyni məqsədi güdür – psixoloji təzyiq göstərmək və Artsax xalqını qorxutmaqdı. Bundan əlavə, Ermənistan-Rusiya münasibətlərini pozmağa, Artsaxla Ermənistan arasındakı əlaqələrin pozulmasına yol açmağa çalışır.

“Sabah da deyəcəklər ki, Ermənistandan kimin gəldiyini yoxlamaq lazımdır “və s. İnvestisiyaların qarşısını almaq üçün Artsaxı sosial-iqtisadi planda boğmağı planlaşdırdılar” deyib “Artsax Xarici İşlər naziri” Ermənistan hakimiyyətinə d bir çağırış edib. – “ hər halda bu cür ifadələr çox ciddiyə alınmalı və onlara qarşı müvafiq addımlar atılmalıdır”.

David Babayan, Rusiyanın sülhməramlı birliyinin rolunu yüksək qiymətləndirərək vurğulayıb ki, “erməni qoşunları” və ya “erməni birləşmələri” dedikdə, onların tərkibinə Artsax Müdafiə Ordusunun daxil olduğunu xatırlamalıyıq.: –

“Həmişə ordumuz, silahlı qüvvələrimiz olacaq, çünki bu, əhalimizin təhlükəsizliyinin təminatıdır. Və ümumiyyətlə, Ermənistan, əlbəttə ki, Artsaxın təhlükəsizliyinin qarantlarından biri olaraq qalır. Və ümumiyyətlə, əgər Ermənistanın gələcəyinin Artsaxın gələcəyi kimi proqnozlaşdırıb və təhlükəsiz olmasını istəyiriksə, Ermənistanın ictimai və siyasi həyatında Artsaxın yeri və rolu yüksək olmalıdır. Bu olmadan çox pis olacaq. “Qarabağ-erməniləri” oynayan Ermənistan təxribatçıları, düşmənləri artıq məsuliyyətə cəlb olunmalıdır “- deyə David Babayan bildirib.

Esmira ŞÜKÜROVA,

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »