Sabahın hava proqnozu AÇIQLANDI

0

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin İctimairey.Az-a verdiyi məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-27°, gündüz 34-39°, bəzi yerlərdə 40°, Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 36-41°, bəzi yerlərdə 42°, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacaq.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »