Son günlər ölkədə geniş yayılaraq gəncləri zəhərləyən narkotik vasitə “patı” haqqında – FOTO

0

 “PATI” nə deməkdir və dilimizə necə daxil olub?!

İctimairey.Az informasiya xəbər potalı olaraq, “patı” haqında araşdıtma etdik.

Metamfetamin adlı narkotik tərkibli sintetik maddə ABŞ-da “meth lab” , “crystal meth” adları ilə məşhurdur. Rusiyada “мет” , “стекло” deyə geniş yayılmışdır. Bir çox narkotik maddə kimi 6-24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir.İstifadəçilərin dişlərinin tez bir zamanda çürüməsinə, gözaltı hissənin qaralmasına, ciddi çəki itkisinə, mədənin zədələnməsinə və.s səbəb olur. Ucuz olması, hazırlanması üsulu asan olduğundan ölkəmizdə də geniş yayılmış bu tərkibi ilk yayıldığı vaxtlarda “şüşə” deyə adlandırırdılar. İstifadəçilər və narkotacirlər sonradan şifrəli danışmaq üçün bu tərkibi avtomobilin ön şüşəsi “patpres” sözü ilə gizləyərək qısaca “PATI” adlandırmağa başladılar. Yəni “PATI”, “patpres” sözünün qısalmış, şifrələnmiş formasıdır. Patpres (parpres) sözü öz növbəsində fransızcadan alınmış ön şüşə mənasını ifadə edən “pare-brise” sözündən götürülmüşdür.

Yaxınlarınızı və ətrafınızı bu maddədən uzaq tutun. Marifləndirin, izah edin. Unutmayın ki, narkotik tərkibli maddələrin hamısı ölümə aparır.

Əkbər Nəcəfov

İctimairey.Az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »