Qadın binadan düşən körpəni tutdu: polis mükafat verdi

0

Rusiyanın Novokuznetsk şəhərində yaşlı qadın körpənin həyatını xilas edib.

İctimairəy.az Ölkə.Az-a istinadən xəbər verir ki, həmin şəxs küçədə binanın yanında dayanarkən ikinci mərtəbədən 6 aylıq uşağın pəncərədən düşəcəyini görüb. Qadın özünü çatdıraraq qollarını açıb və körpənin yerə düşməyə qoymayıb.

Nəticədə 6 aylıq uşaq ölümdən qurtulub, yalnız xırda xəsarətlər alıb.

Rusiya polisi 21 iyuldan yaşlı qadını mükafatlandırmaq üçün axtarışa verib.

Məlum olub ki, körpəni binadan düşərkən tutan şəxs 64 yaşlı Svetlana Sanarovadır. Polis bunun qarşılığında həmin şəxsi diplomla təltif edib.

İctimairey az

 86 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »