Putindən göz dağı: Hücum etmək gücümüz var

0

 Rusiya Prezidenti Vladimir Putin, Rusiya Hərbi Dəniz Donanması Günü münasibətilə Sankt-Peterburqda keçirilən hərbi dəniz paradına qatıldı.

İctimairey.Az xarici mediayaya istinadən xəbər verir ki, günün əhəmiyyətinə işarə edən Putin, Rusiyanın hərbi dəniz sahəsində inkişaf etdiyini və ən qısa müddətdə lider dəniz dövlətlərindən biri olduğunu bildirdi. Putin,”Rusiya, davamlı və uğurla inkişaf etdirdiyimiz, dünyada hələ də misilsiz olan təsirli uzun və qısa mənzilli dəniz aviasiya, etibarlı sahil müdafiə sistemləri və hipersəsli yüksək dəqiqlikli silah sistemlərinə sahibdir” dedi. Rus donanmasının, okeanların demək olar ki, bütün bölgələrində mövcudluğunu davam etdirdiyini söyləyən Putin, bunları söylədi: “Rusiya donanması ölkənin milli maraqlarını qorumaq üçün bütün vasitələrə malikdir. Düşmənin istənilən sualtı qayıqlarını, gəmilərini və təyyarələrini aşkar etmək və lazım gələrsə ona qarşı qaçılmaz bir hücum təşkil etmək gücümüz var.”

Əkbər Nəcəfov

İctimairey.Az

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »