ABŞ Türkiyəni Rusiyadan silah aldığı üçün yeni sanksiyalarla təhdid edir

0

ABŞ Türkiyəyə Rusiyadan yenidən silah alacağı təqdirdə yeni sanksiyalar tətbiq edəcək.

İctimairey.az diplomatik mənbələrə istinadən yazır ki, yeni tədbirlər Amerika Prezidenti Joo Bayden tərəfindən tətbiq ediləcək. Bundan əlavə, Vaşinqton, Rusiyanın S-400 zenit raket komplekslərinin alınması üçün, Ankaraya qarşı sanksiyaları uzatmağı planlaşdırır. Eyni fikri ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçi vəzifəsinə namizəd Karen Donfrid də 20 iyul tarixində dilə gətirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarına hələ iyunun ortalarında razılaşmadan imtina etməyəcəyini söyləyib. Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 hava müdafiə sistemlərinin tədarükü üçün müqavilə imzalayıblar. Ankaranın bu qərarı Vaşinqtonun hiddətinə səbəb olub və Türkiyə Amerikanın beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrin istehsalı proqramından kənarlaşdırılıb. 2020-ci ildən ABŞ – da birtərəfli antitürk sanksiyaları tətbiq edilir.

Esmira ŞÜKÜROVA

Leave A Reply

Your email address will not be published.

Tərcümə »