Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.
Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.
Azərbaycan polisinin bir əsri geridə qoyan fəaliyyət salnaməsi dövlətin və xalqın mürəkkəb, təlatümlü, eyni zamanda, şərəfli və qürurlu tarixinin tərkib hissəsidir. Ona görə də daxili işlər orqanlarının fəaliyyətinə yalnız Konstitusiya normaları və qanunlarla üzərinə düşən vəzifələrin icrasına görə qiymətləndirməklə yox, həm də müxtəlif zamanlarda ölkədə gedən ictimai-siyasi prosesləri, dövlət sistemi dəyişikliklərini, müasir dövrdə isə Qarabağ müharibəsi kimi ağrılı bir amili nəzərə almaqla doğru qiymət vermək olar.
44-Günlük vətən müharibəsi dövründə Azərbaycan Respublikası DİN-nin də müstəsna rolu olmuşdur. O, cümlədən 3.000 yaxın şəhidlərimizn dəfninin təşkilatçılığında, dəfn zamanı yaşanan izdihamın idarə olunmasında, şəhidlərimizi son mənzilə yola salınan zaman yollarda avtomobillərin idarə olunmasının tənzimlənməsində böyük səy və fədakarlıq nümayiş etdirdilər.
Vətən müharibəsi zamanı 44-gun ərzində, Salyan rayonu 59 şəhid verdi, 59 igid oğlunu itirdi. Çox gərgin, ağrılı-acılı günlər yaşandı. Mən bu vətənin oğlu, bir jurnalist olaraq, yaşanan həmin gərgin günlərdə Salyan RPS-nin zəhmətini heç vaxt unuymayacam.
Qeyd edim ki, Salyan RPŞ-nin rəisi Polkovnik Nəzər Əskərovun təşkilatçılığını Salyan ziyalıları bu gün də dərin hörmətlə anırlar. Polkovnik Nəzər Əskərovun şəhidlərimizn dəfnində yaşadığı kədərin, onların məzarına torpaq atdığının şahidi olmuşam.
Gərgin iş rejimi şəraitində çalışan Palkovnik Nəzər Əsgərov cinayətkarlara, narkotiklərə qarşı amansız mübarizə aparsa da, vətəndaşlara qarşı qayğıkeşdir və daim onların pozulmuş haqlarının müdafiəsində durur. Xüsusən pandemiya dövründə, əhali arasında yoluxmanın artmaması, qayda pozanların qarşısını almaq üçün rayon polis heyyətini səfərbər edib.
Salyan rayon ziyalıları adından, başda DİN-i Vilayət Eyvazov olmaqla, gecəsi gündüzü olmayan polisləimizə çəkdikləri zəhmətə görə minnətdarlıqımızı bildirirəm.
Yaşasın Azərbaycan Polisi.
Fuad QƏHRƏMANOV İctimairey.az