Suraxanıda mənzillərin yanmasının qarşısı alındı

0

11 oktyabr gecə yarısı FHN-nin Yanğından mühafizə dəstəsi yanğın xəbəri alan kimi operativ hadisə yerinə çatıb.
İctimairey.az-a FHN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 5 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili, içərisinə yığılan taxta tullantıları və bitişik yaşayış binasının birinci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb.
Yüksək temperaturdan bitişik binada 1 ədəd kondisioner və 5 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Güloğlan Məmmədov  İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »