Ceyhun Bayramov Belqradda Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Tədbirində iştirak edəcək

0

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədilə Belqrad şəhərinə yola düşüb.
İctimairey.az Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Güloğlan Məmmədov  İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »